Avroliqada 1/4 final həyacanı başlayır

Avroliqada 1/4 final həyacanı başlayır
Bu gün Avropa Liqasının 1/4 final mərhələsinə start veriləcək. Ann.az xəbər verir ki, bu mərhələdə bütün matçlar eyni vaxtda başlayacaq.

İngiltərənin "Arsenal” klubu doğma azarkeşlər önündə Rusiyanın ÇSKA (Moskva) komandası ilə üz-üzə gələcək. "Qarabağ”ın Çempionlar Liqasındakı sabiq rəqibi "Atletiko" evdə Portuqaliyanın "Sportinq” klubunu sınağa çəkəcək.

İtaliyanın "Latsio” klubu isə Avropa Liqasının sensasiyalı klubu Avstriya "Zalsburq”u ilə qarşılaşacaq. Bu mərhələnin digər matçı isə Almaniyada baş tutacaq. "Leypsiq” Fransanın "Marsel” klubu ilə görüşdə sərfəli nəticə əldə etməyə çalışacaq.

Avropa Liqası
1/4 final 
İlk oyunlar

5 aprel
23.05 Arsenal (İngiltərə) - ÇSKA (Rusiya)
23.05 Atletiko (İspaniya) - Sportinq (Portuqaliya)
23.05 Latsio (İtaliya) - Zalsburq (Avstriya)
23.05 Leypsiq (Almaniya) - Marsel (Fransa)

www.ann.az

Xəbər lenti