Atatürk hava limanında AZAL-a məxsus təyyarədə partlayış olub (FOTOLAR)

Atatürk hava limanında AZAL-a məxsus təyyarədə partlayış olub (FOTOLAR)
İstanbuldakı Atatürk hava limanında "Azərbaycan Hava Yolları"na (AZAL) məxsus "Boeing 767-300” təyyarəsində partlayış baş verib.

Ann.az Türkiyə mediasına istinadən xəbər verir ki, partlayışa ekipaj üzvünün təxliyə avadanlığını səhvən açması nəticəsində baş verib.

Bakı - İstanbul reysini həyata keçirən təyyarə Bakı vaxtı ilə saat 12.50-də Atatürk hava limanına enib. Ekipaj üzvü sərnişinlərin təyyarədən enməsi üçün qapıları açmağa başlayanda sol arxa qapıdakı "slide"ni (təxliyə avadanlığı) səhvən partladıb.

Hadisə yerinə xilasedicilər gəlib, sərnişinlər təyyarədən çıxarılıb.
 




www.ann.az

Xəbər lenti