Astronovtlar barədə maraqlı faktlar

Astronovtlar barədə maraqlı faktlar
Astronovtlar dünyanın ən çətin peşələrindən birini icra edirlər. 

Ann.az astronovtlara aid maraqlı məlumatları təqdim edir.

Kosmosa səyahət etmiş ilk şəxs olan Yuri Qaqarin həm hərbi pilot, həm də kosmonavt kimi maaş alırdı. Ona "Volga" maşını, geyimlər, ev və s. hədiyyələr verilmişdi.
 
Kosmosa səyahət edən ilk qadın Valentina Tereşkovaya da oxşar mükafatlar hədiyyə edilmişdi. Rusiyada bu vəzifəni icra edən şəxslərə hələ də 2 maaş verilir. 1-ci dərəcəli pilotların maaşı 1500-2500 dollar arasında dəyişir. Kosmonavtlar vəzifə ili və test uçuşlarına görə də əlavə məvacib qazanırlar. Bu məbləğ 25000 dollara qədər arta bilir. 

NASA astronovtunun maaşı isə 170 min dollara çata bilir. Kosmosa göndərmək üçün əsasən qısa boylu şəxsləri seçirlər, çünki daha az çəki daha az yanacaq sərfiyyatı deməkdir. 

Rusiya Uçuş İdarə mərkəzinin mütəxəssisləri kosmosa səyahət edənlər üçün xüsusi qidalanma menyusu hazırlayırlar. Siyahıda borşdan qızardılmış ətə qədər bir çox şey olur. Bəzi qidalar isə siyahıya məcburi şəkildə daxil edilir. 

Dünyanın orbitində Günəş hər 90 dəqiqədə çıxır və batır. Lakin astronovtlar gündəlik həyatlarını Yer saatına uyğun olaraq planlaşdırırlar.

Kosmosa səyahət üçün ideal yaş 32-38 hesab edilir.

Gülşən

www.ann.az

Xəbər lenti