Aşıq Ədalət saz sədaları altında dəfn olundu (VİDEO)

Aşıq Ədalət saz sədaları altında dəfn olundu (VİDEO)
Azərbaycanın Əməkdar incəsənət xadimi, Prezident təqaüdçüsü, mərhum Aşıq Ədalət Nəsibovun ötən gün Qazaxda keçirilən dəfn mərasimi zamanı saz çalınıb. 

ANN.Az İnterAz-a istinadən xəbər verir ki, Ədalət Nəsibov torpağa tapşırılan zaman qəbrin başında digər bir aşıq tərəfindən saz havası ifa edilib. 

Qeyd edək ki, Aşıq Ədalət uzun sürən xəstəlikdən sonra sentyabrın 14-də 78 yaşında vəfat edib. Mərhum ötən gün Qazax rayonunun Ağköynək kənd qəbiristanlığında torpağa tapşırılıb. 

Allah rəhmət eləsin!


www.ann.az

Xəbər lenti