Antartikada 1,5 milyonluq yeni pinqivin sürüsü kəşf edildi (FOTOLAR)

Antartikada 1,5 milyonluq yeni pinqivin sürüsü kəşf edildi (FOTOLAR)
Antartikada indiyədək bilinməyən 1,5 milyonluq Adelie növündən olan pinqivin sürüsü kəşf edilib. 

Ann.az "Elmi Hesabatlar" dərgisinə istinadən xəbər verir ki, sayları azalmaqda olan Adelie pinqvinlərinin yeni sürüsü insanların və iqlim dəyişikliyinin təsirinin daha az olduğu "Təhlükə adaları"nda görünüb. Araşdırmaçılar "Təhlükə adaları"nın Antartikadanın şimalına çox uzaq olması və qalın buzlaqlarla örtülməsi səbəbindən pinqvinlərin özlərini daha rahat qoruduğunu düşünür.

Yeni kəşfin Antartikadakı Adelie pinqvin sürüdləri arasındakı ən böyük sürü olduğu bildirilir.

Nyu York Stony Brook Universitetinin ekologiya mütəxəsisi Heater Linç pinqvin sürüsü ilə bağlı ilk işarələrin 2014-cü ildə görüldüyünü bildirib: "2014-cü ildə kosmosdan aldığımız görüntülərində pinqvin ifrazatına rastlamışdıq. Amma bunun yanlışlıq olduğunu düşünmüşdüm. Lakin sonrakı araşdırmalarda daha öncə heç görülməmiş böyük bir pinqvin sürüsünü eəşf etdik". 
 







www.ann.az

Xəbər lenti