Sualtı qaz kəmərində çat

Sualtı qaz kəmərində çat
Kuk körfəzində, Alyaskanın sahillərindən bir neçə km aralıda sualtı qaz kəmərində qaz sızması baş verib.

ANN.Az xəbər verir ki, bu barədə "Associated Press” məlumat yayıb. 

Agentliyin məlumatına görə, qaz sızması 10 gündür davam edir, dalğıclar üzən buz səbəbindən çatı aradan qaldıra bilmirlər. 

Qaz kəməri 10 km dərinlikdə yerləşir, diametri 20 santimetrdir. 

Qeyd edilir ki, qaz sızmasının cəmiyyət üçün təhlükəsi yoxdur, amma dəniz sakinlərinə zərər vura bilər. 

www.ann.az

Xəbər lenti