Aİ-nin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Azərbaycana gəlib

Aİ-nin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Azərbaycana gəlib
Avropa İttifaqının (Aİ) Cənubi Qafqaz və Gürcüstandakı böhran üzrə xüsusi nümayəndəsi Toyvo Klaar Azərbaycana gəlib.

Ann.az xəbər verir ki, iki gün davam edəcək səfər zamanı T.Klaar ölkənin bir sıra rəsmiləri ilə görüşlər keçirəcək.

Xatırladaq ki, keçən il noyabrın 13-də Avropa İttifaqı Şurası onun Aİ-nin Cənubi Qafqaz və Gürcüstandakı böhran üzrə xüsusi nümayəndəsi postuna namizədliyini təsdiqləyib.

T.Klaar 2014-cü il iyulun 8-dən bu vəzifəni icra edən səfir Herbert Zalberi əvəz edib.


www.ann.az

Xəbər lenti