Afrində öldürülən terrorçuların sayı açıqlandı

Afrində öldürülən terrorçuların sayı açıqlandı
Türkiyənin Suriyanın Afrin şəhərində PKK terror təşkilatının Suriya qolu olan PYD-YPG-yə qarşı davam etdirdiyi hərbi əməliyyat çərçivəsində bu günə qədər 484 terrorçu məhv edilib.

ANN.Az Türkiyə mediasına istinadən xəbər verir ki, Türkiyə Silahlı Qüvvələri əməliyyat barədə növbəti açıqlama ilə çıxış edib. Bildirilir ki, gecə boyu davam edən əməliyyat nəticəsində PKK/KCK/PYD-YPG və İŞİD terror təşkilatlarına aid sığınacaq və hərbi bazalar məhv edilib. 7 təyyarənin iştirak etdiyi hücumda 37 terrorçu öldürülüb. Bununla, məhv edilən terrorçuların sayı 484 nəfərə çatıb.

Qeyd edək ki, "Zeytun Budağı" adı verilən əməliyyat 20 yanvar tarixində start götürüb.
 


www.ann.az

Xəbər lenti