AFFA tanınmış futbolçunu cəzalandırdı

AFFA tanınmış futbolçunu cəzalandırdı
AFFA İntizam Komitəsi tanınmış futbolçu, hazırda "Baku Fans” futzal komandasının formasını geyinən Aqşin Ömərovu cəzalandırıb.

ANN.Az qurumun rəsmi saytına istinadən xəbər verir ki, Ömərov ötən il dekabrın 27-də futzal üzrə Azərbaycan birinciliyinin II dəstəsində ADBTİA ilə matçın 20-ci dəqiqəsində qırmızı vərəqə alaraq meydandan kənarlaşdırılarkən oyunun hakimi Yusif Nurullayevə qarşı fiziki təzyiq göstərərək, onu yumruqla vurub. Nəticədə hakim ciddi xəsarət alıb. Bu səbəbdən, futzalçı 2 il müddətinə futboldan kənarlaşdırıb.

Matç sonadək oynanılmadığına görə "Baku Fans”a 0:5 hesablı texniki məğlubiyyət verilib.

Qeyd edək ki, Aqşin Ömərov futbolçu karyerası ərzində "Xəzər Universiteti" (sonradan "İnter", hazırkı "Keşlə”), "Simurq” və "Muğan" kimi komandalarda çıxış edib.

www.ann.az

Xəbər lenti