AFFA bu klubları I diviziona buraxmadı (SİYAHI)

AFFA bu klubları I diviziona buraxmadı (SİYAHI)
Bu gün AFFA və PFL-in birgə komissiyası I divizionda çıxış etmək istəyən klublardan daxil olan müraciətlərə baxıb. 

ANN.Az xəbər verir ki, komissiya 8 kluba I divizionda iştirak etməyə icazə verib.

Sənədləri qaydasında olan bu klublar I diviziona buraxılıb: "Mil-Muğan”, "Qaradağ Lökbatan”, "Turan-Tovuz”, "Ağsu”, "Zaqatala”, "Vətən”, "Şüvəlan” və MOİK. Onlardan 6-sı ötən mövsüm də I divizionda çıxış edib. 

"Vətən" indiyədək uşaq futbol məktəbi kimi fəailiyyət göstərib, "Şüvəlan" isə AZAL-ın fəaliyyətini dayandırmasından sonra onun balansında formalaşdırılıb.

Müraciət etmiş 8 kluba isə sənədlərini tam təqdim etmək üçün 12 sentyabr saat 18.00-dək vaxt verilib. Bunlar "Binə”, "Şahdağ” (Qusar), "Göyəzən”, "Göyçə”, "Xəzər” , "Karvan”, "Energetik” və "Bakılı” klublarıdı.

"Şahdağ", "Göyəzən", "Energetik" və "Bakılı" ötən mövsüm də I divizionda çıxış edib. "Binə", "Göyçə" və "Xəzər" yeni yaradılıb. "Karvan" isə uzun fasilədən sonra fəaliyyətini bərpa edib.
 


www.ann.az

Xəbər lenti