"AFEN Plaza"dakı yanğına səbəb nə olub? (FOTOLAR)

Xəbər verdiyimiz kimi, paytaxtın Nərimanov rayonu ərazisində yerləşən "AFEN Plaza"da yanğın baş verib. Fövqəladə Hallar Nazirliyindən (FHN) verilən məlumata görə, yanğın artıq söndürülüb.

ANN.Az xəbər verir ki, FHN əməkdaşı hadisə yerində olan "Qaynarinfo"nun əməkdaşına bildirib ki, hadisənin səbəbləri araşdırılır: "Yanğın zamanı xəsarət alan olmayıb. Yanğınsöndürənlər 50 dəqiqə ərzində yanğının qarşısı alıb. Hazırda yanğının səbəbini öyrənmək üçün ekspertizanın nəticələrini gözləyirik".

Qeyd edək ki, yanğın biznes mərkəzinin yuxarı mərtəbəsində başlayıb və qısa zamanda binaya yayılıb. Hadisə yerinə yanğınsöndürənlər və təcili tibbi yardım briqadaları cəlb olunub. 
 









www.ann.az

Xəbər lenti