ABŞ Türkiyə ilə əlaqələri tamamilə bitirəcək addım atmağa hazırlaşır

ABŞ Türkiyə ilə əlaqələri tamamilə bitirəcək addım atmağa hazırlaşır
PYD terror təşkilatına 4 min TIR-dan çox silah yardımı edən ABŞ terrorçuların işğalı altında olan əraziləri rəsmən tanımaq üçün diplomat heyəti göndərib.

ANN.Az-ın məlumatına görə, bu barədə Türkiyənin "Yeni Şafaq" qəzeti yazıb. Məlumatda qeyd olunur ki, İŞİD-i bəhanə edən ABŞ Türkiyə-Suriya sərhəddində terror xətti inşa etməyə çalışır.

Səudiyyə Ərəbistanı tərəfindən maliyyələşən və Londonda fəaliyyət göstərən "Şark el-Avsad" xəbər portalına danışan ABŞ diplomatlarından biri "Ağ Ev"in Suriya ilə bağlı yeni siyasi xətt başlatdığını bildirib.

ABŞ müdafiə naziri Cim Mattisin göstərişi ilə amerikalı diplomatların Suriyanın şimalına getməsini terrorçulara dəstək kimi şərh edən Türkiyə mətbuatı bu siyasətin növbəti mərhələdə isə Vaşinqtonun PKK-nı bir dövlət kimi tanıyacağını iddia edib.

www.ann.az

Xəbər lenti