ABŞ Suriyaya raket zərbələri endirib - VİDEO

İqtisadiyyat 07-04-2017 08:57 Oxunma sayı: 216
ABŞ Suriyaya raket zərbələri endirib - VİDEO
ABŞ-ın  Aralıq dənizindəki hərbi gəmiləri Suriya ərazisində yerləşən aviabazaya raket zərbələri endirib. Zərbələrin ABŞ-ın iddiasına görə, Suriya ordusunun  İdlibdə kimyəvi silahdan istifadə etməsinə cavab olaraq endirildiyi bildirilir. APA-nın xəbərinə görə, bu barədə "NBC News” telekanalı ABŞ-ın hərbi məmurlarına istinadən məlumat yayıb.     
 
Məlumata görə, "ABŞ Suriyaya onlarla qanadlı raket atıb”.  
 
ABŞ hərbçilərinin Suriyanın Homs əyalətindəki "Əş-Şəyrat” aerodromuna azı 50 "Tomaqavk” raketi atdığı bildirilir.
 
"ABŞ-ın iddiasına görə, Suriya ordusu qadağan edilmiş kimyəvi silahın istifadəsində məhz bu aerodromdan yararlanıb”, - deyə telekanal qeyd edib.  
 
Rusiyanın BMT-dəki daimi nümayəndəsinin müavini Vladimir Safronkov ABŞ-ın Suriyaya zərbələr endirəcəyinin mənfi nəticələrə gətirib çıxaracağına dair xəbərdarlıq edib.  
 
ABŞ prezidenti Donald Tramp bundan əvvəl Konqres üzvlərinə Suriya ordusunun İdlibdə kimyəvi silahdan istifadə etməsinə cavab olaraq bu ölkəyə qarşı hərbi əməliyyat məsələsini nəzərdən keçirdiyini bildirib.   
 
Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan ABŞ-ın Suriyada hərbi əməliyyatını dəstəkləməyə 

www.ann.az

Loading...