ABŞ Suriyaya hərbi müdaxiləyə hazırlaşır

ABŞ Suriyaya hərbi müdaxiləyə hazırlaşır
ABŞ prezidenti Donald Tramp Suriya qərarını 24-48 saat ərzində açıqlayacağını deyib.

ANN.Az xarici KİV-ə istinadən xəbər verir ki, ABŞ ordu sözçüsü Patrik Rayder general Cozef Danfordun Trampa Suriya variantlarını təqdim etdiyini açıqlayıb. Planın detalları açıqlanmasa da, Suriyaya hərbi müdaxilənin ehtimal edildiyi bildirilir.

Donald Tramp gecə saatlarında Fransa prezidenti Emmanuel Makronla bu məsələni müzakirə edib. ABŞ və İngiltərə xarici işlər nazirlikləri də Suriyada kimyəvi silah istifadəsini müzakirə ediblər. Suriyada 3 ölkənin birlikdə hərəkət edəcəyi təxmin edilir.

Qeyd edək ki, Suriyanın Şərqi Quta ərazisindəki Duma şəhərində ötən günlərdə istifadə edilən kimyəvi silah çox sayda mülki vətəndaşın ölümü ilə nəticələnib. ABŞ hadisədə Bəşər Əsəd höküməti və Rusiyanı günahlandırır.


www.ann.az

Xəbər lenti