ABŞ hərbi gəmiləri Suriyaya doğru yola çıxıb (FOTO)

ABŞ hərbi gəmiləri Suriyaya doğru yola çıxıb (FOTO)
Suriyada Rusiyaya müharibə elan edən ABŞ-a aid hərbi gəmilər Virciniyadakı Norfolk bazasından Aralıq dənizinə doğru yola düşüb.

ANN.Az xarici KİV-ə istinadən xəbər verir ki, çəkilən fotolarda minlərlə ABŞ əsgərinin ailələri ilə vidalaşdığı görünür.

Ağ Evin sözçüsü Sara Sanders isə Suriyada müharibə barədə yekun qərarın verilmədiyini açıqlayıb. 

İngiltərə baş naziri Tereza Mey isə bu gün Suriya məsələsini müzakirə etmək üçün hökümət nümayəndələri ilə görüş keçirəcək.

Qeyd edək ki, ötən günlərdə Suriyanın Şərqi Quta ərazisindəki Duma şəhərində istifadə olunan kimyəvi silah çox sayda mülki vətəndaşın ölümünə səbəb olub. Qərb ölkələri hadisədə Bəşər Əsəd höküməti və Rusiyanı ittiham edir.

Dünən ABŞ prezidenti Donald Tramp "Rusiya, hazır ol, raketlərimiz gəlir" xəbərdarlığını edib. 
 







www.ann.az

Xəbər lenti