ABŞ Hərbi-Dəniz Qüvvələri Suriyada hava əməliyyatına başladı

ABŞ Hərbi-Dəniz Qüvvələri Suriyada hava əməliyyatına başladı
ABŞ Hərbi-Dəniz Qüvvələrinin başda "Harry Truman” aviadaşıyıcısı olmaqla zərbə qrupu Suriya ərazisində İŞİD terror qruplaşmasına qarşı hava əməliyyatına başlayıb.

Ann.az xəbər verir ki, bu barədə ABŞ Hərbi-Dəniz Qüvvələrinin yaydığı bəyanatda deyilir.

"Harri Trumen" aviadaşıyıcı zərbə qrupu mayın 3-də "Sarsılmaz qətiyyət" əməliyyatlarına dəstək göstərmək məqsədi ilə hava əməliyyatları həyata keçirməyə başlayıb", deyə bildirilir. 

HDQ-dən qeyd olunub ki, bombardımançı qırıcılar eskadrilyası artıq Suriya üzərində bir neçə uçuş edib.

Qeyd edək ki, ABŞ və müttəfiqləri 2014-cü ildən Suriyada İŞİD-ə qarşı "Sarsılmaz qətiyyət” əməliyyatı aparır.

www.ann.az

Xəbər lenti