87-ci mövsümün yekununda “Sima” təqdim olundu... - Fotolar

CəmiyyətVİDEO 14-07-2015 17:00 Oxunma sayı: 2210
87-ci mövsümün yekununda “Sima” təqdim olundu... - Fotolar
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında 87-ci teatr mövsümünün yekunlarına həsr olunmuş hesabat iclası keçirilib. İclası giriş sözü ilə açan teatrın direktoru, Əməkdar Artist, ASSİTEJ – Azərbaycan Milli Mərkəzinin prezidenti Mübariz Həmidov mövsüm ərzində əldə edilən uğurlar, təqdim olunan yeni tamaşalar, Beynəlxalq qastrol və festivallar, müxtəlif ölkələrlə teatrımız arasında həyata keçirilmiş aktyor və rejissor mübadilələri haqqında ətraflı məlumat verib.
 
 
Direktor 87-ci teatr mövsümünün nailiyyətləri ilə yanaşı, yeni – 88-ci teatr mövsümü üçün nəzərdə tutulmuş yaradıcılıq planlarından, hazırlanacaq tamaşalar, beynəlxalq qastrol və festivallar, yeni layihələrdən danışıb.
 
 
Daha sonra Teatr və ASSİTEJ – Azərbaycan Milli Mərkəzinin təsis etdiyi "Sima” mövsümi Teatr Mükafatı öz sahiblərinə təqdim olunub. Münsiflər heyətinin qərarına əsasən nominasiyalar üzrə "Ən yaxşı tamaşa” Hüseynbala Mirələmovun "Miras”,  "Ən yaxşı rejissor işi” (böyük tamaşaları üzrə) Kalmıkiya Respublikası B.Basanqov adına Milli Dram Teatrının bədii rəhbəri, RF-nin Əməkdar İncəsənət Xadimi və Azərbaycan Respublikası Fəxri Mədəniyyət İşçisi Boris Manciyev, "Ən yaxşı rejissor işi” (uşaq tamaşaları üzrə) Əməkdar Artist Nicat Kazımov, "Mövsümün seçilən aktyoru” (böyük tamaşaları üzrə) Xalq Artisti Yasin Qarayev, "Mövsümün seçilən aktrisası” (böyük tamaşaları üzrə) Əməkdar Artist Leyli Vəliyeva, "Mövsümün seçilən aktrisası” (uşaq tamaşaları üzrə) Roza İbadova, "Mövsümün seçilən  aktyoru” (uşaq tamaşaları üzrə) Anar Seyfullayev, "Ən yaxşı rəssam işi” Elşən Sərxanoğlu, "Şərəf və ləyaqət” teatrın direktoru Mübariz Həmidov, "Teatrın dostu” Xalq Artisti Cəfər Namiq Kamal olmaqla mükafatlandırılıblar. Qaliblərə xüsusi priz, diplomlar və pul mükafatları təqdim edilib.
Mükafatlandırma mərasimindən sonra tədbir möhtəşəm konsert proqramı ilə davam etdirilib.    
 
 
Məlumat üçün bildirək ki, 88-ci teatr mövsümü cari ilin sentyabr ayının 18-də saat 19.00-da Ə.Haqverdiyevin "Xortdanın cəhənnəm məktubları” tamaşası ilə start götürəcək.














                                                                      


www.ann.az

Loading...