5-ci Milli Marketinq Forumuna sayılı günlər qalıb! - FOTO

5-ci Milli Marketinq Forumuna sayılı günlər qalıb! - FOTO
26-27 May tarixlərində GİLAN Holdinqin baş sponsorluğu ilə Pullman oteldə V Milli Marketinq Forumu keçiriləcək. "Dəyişək ki, var olaq" mövzusunda keçiriləcək forumda ölkə iqtisadiyyatının çətin dövrlərində marketinq sahəsində necə mübarizə aparıldığı, biznesdən necə istifadə etmək lazım olduğu və həll yolu tapmaq üçün düzgün istiqamətdə strategiya qurmaq barədə müzakirələr aparılacaq.

Forumda "Rəqəmsal Marketinq”, "Marketinq strategiyası”, "FMCG/DİSTRİBUTİON”, "Milli keyslər”, "Marketinq Kommunikasiyaları”, "Bloqçuluq” panelləri üzrə 30 nəfər spiker öz təcrübəsindən həll yollarını paylaşacaq.

Bu il keçirilən forum biznes sahəsinə daha yaxın olacaq. Forumun əsas məqsədi marketinqə kənardan baxmaqla, biznesi çətin vəziyyətdən çıxarmaq üçün təcrübə paylaşımına platforma yaratmaq və bu sahədə inkişafa nail olmaqdır.

Qeyd edək ki, forum "Marketing AİR", "Facemark.az" və Azərbaycanın ilk onlayn marketinq televiziyası olan "Facemark.tv" komandasının təşkilatçılığı ilə keçirilir. Tədbirdə 500 nəfərin iştirakı nəzərdə tutulub.

Forum 2 gün davam edəcək. İştirak biletlədir. Biletləri www.millimarketinqforumu.com, kassir.az saytlarından, facebook.com/millimarketinqforumu səhifəsindən onlayn sifariş edə və ya SAT GROUP (Demirchi tower, 6-cı mərtəbə) və FİL Agency (Demirchi tower, 5-ci mərtəbə) ofislərindən əldə edə bilərsiniz. Biletlərin qiyməti 40 manatdır.
 
Baş Sponsor – GİLAN Holdinq
Kreativ Tərəşdaş: Universal McCann
Çap/promo Tərəfdaşı: Max Print
Dijital Tərəfdaş: FİL Agency
Texniki Tərəfdaş: Azerizone
Tərəfdaşlar: ADSGarden, Led.az, N-Advert, Günay Sığorta, SAT Group, Technol, Kassir.az, Dijital AİR, Özsüt, German Studio, Forhome, Logix, Lime Catering.

Ətraflı məlumat üçün:

www.millimarketinqforumu.com
Facebook.com/millimarketinqforumu

 
 
 

www.ann.az

Xəbər lenti