31 yaşlı ulduz futbolçunun meyiti tapıldı

31 yaşlı ulduz futbolçunun meyiti tapıldı
Dünya futbolunu şoka salan hadisə baş verib. 

Ann.az xəbər verir ki, İtaliya millisinin və "Fiorentina"nın futbolçusu David Astorinin meyiti tapılıb.

İtaliya mediasının bir qədər əvvəl yaydığı məlumata görə, 31 yaşlı futbolçunun meyiti "Udineze" ilə bu gün keçiriləcək oyundan öncə komandanın qaldığı oteldə aşkarlanıb.

"Fiorentina"nın kapitanın ürək tutmasından vəfat etdiyi ehtimal olunur. Artıq "Udineze" - "Fiorentina" oyunu təxirə salınıb.
 
Qeyd edək ki, David Astori peşəkar futbolçu karyerasına 2006-cı ildə "Milan"da başlayıb. 2008-ci ilədək bu komandanın üzvü olsa da, əsas heyətdə debüt edə bilməyib. Əvəzində "Pizziqettone" və "Kremonese" klublarına icarəyə verilib. "Milan" mərkəz müdafiəçisini 2008-ci ildə 5 milyon avroya "Kalyari"yə satıb. 2014/15 mövsümündə "Roma"ya, 2015/16 mövsümünün ilk yarısında "Fiorentina"ya icarəyə verilən David 2016-nın yayında 3,5 milyon avroya Floreniya təmsilçisinə satılıb.

Astori 2011-2017-ci illərdə İtaliya millisinə çağırılıb. Bu müddətdə 14 oyun keçirərək 1 qol vurub. 

www.ann.az

Xəbər lenti