3 mindən artıq miqrant xilas edilib

Siyasət 20-03-2017 10:07 Oxunma sayı: 46
3 mindən artıq miqrant xilas edilib
Aralıq dənizi ilə Avropaya keçmək istəyən 3 mindən artıq miqrant xilas edilib.

Trend-in "Live Sicilia"ya istinadən verdiyi məlumata görə, onların xilas edilməsi üçün İtaliyanın sahil mühafizəsinin uştirakı ilə 22 xilasedici əməliyyat keçirilib.

Qeyd edək ki, 2016-cı il ərzində Aralıq dənizi ilə rekord sayda 181 min miqrant İtaliyaya keçib.
www.ann.az

Loading...