Nazirdən yeni təyinat

Nazirdən yeni təyinat
M.Topçubaşov adına Elmi Cərrahiyə İnstitutuna yeni direktor təyin olunub.

Faktı "Report”a təsdiqləyən Səhiyyə Nazirliyinin mətbuat xidmətinin mütəxəssisi Səfayə Əhmədova qeyd edib ki, bu vəzifəyə Ağayev Rauf Maqsud oğlu təyin edilib.

Nazirlik rəsmisi bildirib ki, bununla bağlı səhiyyə naziri Oqtay Şirliyev müvafiq əmr imzalayıb.

Qeyd edək ki,R.Ağayev əvvəllər Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasında direktorun müalicə işləri üzrə müavini-baş həkim vəzifəsində çalışıb.

Xatırladaq ki,  institutun əvvəlki direktoru, akademik Böyükkişi Ağa oğlu Ağayev aprelin 4-də 90 yaşında vəfat edib.

www.ann.az

Xəbər lenti