Azərbaycanda seçicilərin sayı açıqlandı

Azərbaycanda seçicilərin sayı açıqlandı
Azərbaycanda seçicilərin sayı məlum olub.

Mərkəzi Seçki Komissiyası (MSK) sədrinin müavini Natiq Məmmədov deyib ki, ölkə üzrə vahid seçicilər siyahısına 5 milyon 192 min 42 seçici daxil edilib.

O qeyd edib ki, bu, ötən ilə olan rəqəmdən 0.6 faiz (28 min 726) artıqdır.

N.Məmmədov deyib ki, seçicilərin dəqiqləşdirilmiş say martın 3-də bilinəcək.

MSK sədrinin müavini bildirib ki, ölkədə 5 min 426 daimi seçki məntəqəsi var.

www.ann.az

Xəbər lenti