Sabiq prezident vəfat etdi

Sabiq prezident vəfat etdi
İraqın sabiq prezidenti və Kürdüstan Vətənpərvərlər Birliyinin Baş katibi Cəlal Təlabani dünyasını dəyişib.

ANN.Az-ın xarici KİV-ə istinadən məlumatına görə, sabiq prezident bir müddət öncə səhhətində yaranmış problemlə əlaqədar müalicə üçün Almaniyanın Berlin şəhərində aparılıb. Həkimlərin səylərinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb.

Qeyd edək ki, 2 dəfə İraqın prezidenti seçilmiş Təlabani 2012-ci ildə beyin qanaması səbəbindən paytaxt Bağdaddan təcili yardımla Almaniyaya göndərilmiş, burada müalicə aldıqdan sonra 2014-cü ildə geri qayıtmışdı.

www.ann.az

Xəbər lenti