Azərbaycan Premyer Liqasının ən bahalı futbolçuları (SİYAHI)

Azərbaycan Premyer Liqasının ən bahalı futbolçuları (SİYAHI)
Azərbaycan çempionatında çıxış edən ən bahalı futbolçuların siyahısı müəyyənləşib. Fanat.az-ın "Transfermarkt" qiymətləndirməsinə əsasən apardığı araşdırmaya görə, Premyer Liqanın ən bahalı futbolçusu Pedro Henrikedi.

"Qarabağ"ın Yunanıstanın PAOK klubundan icarəyə götürdüyü yarımmüdafiəçiyə 3 milyon avro qiymət qoyulub. O, bu dəyərlə ən yaxın izləyicini iki dəfə qabaqlayır.

Siyahının 2-3-cü pilləsində də "Qarabağ"lı futbolçular yer alıb. Ağdam klubunun "Olimpiakos"dan gətirdiyi Norveç millisinin üzvü Tarik Elyunusi və millimizin üzvü Riçard Almeydanın dəyəri 1,5 milyon avrodu.

Ümumiyyətlə siyahıda "Qarabağ"la "Qəbələ"nin futbolçuları hegemonluq edir. 18 ən bahalı futbolçu arasına yalnız "Neftçi"dən bir oyunçu düşüb.

Pedro Henrike (Qarabağ) - 3.000.000
Tarik Elyunussi (Qarabağ) - 1.500.000
Riçard Almeyda (Qarabağ) - 1.500.000
Anton Kanibolotski (Qarabağ) - 1.000.000
Dani Kintana (Qarabağ) - 1.000.000
Migel Madera (Qarabağ) - 900.000
Vitali Vernidub (Qəbələ) - 900.000
İbrahim Şehiç (Qarabağ) - 800.000
Vild-Donald Qerye (Qarabağ) - 800.000
Filip Ozobiç (Qəbələ) - 800.000
Hüqo Barqas (Neftçi) - 800.000
Yakub Rejniçak (Qarabağ) - 700.000
Bədavi Hüseynov (Qarabağ) - 700.000
Dino Ndlovu (Qarabağ) - 700.000
Voislav Stankoviç (Qəbələ) - 700.000
Deyv Bultuis (Qəbələ) - 700.000
Dion Malone (Qəbələ)  - 700.000
Stiven Jozef-Monroz (Qəbələ) - 700.000

www.ann.az

Xəbər lenti