Dolları ən baha alan və ən ucuz satan banklar

İqtisadiyyat 17-02-2017 12:07 Oxunma sayı: 222
Dolları ən baha alan və ən ucuz satan banklar
Bu gün dolları ən baha alan və ən ucuz satan banklar məlum olub.

ANN.Az "Marja”ya istinadən xəbər verir ki, bu gün dolları ən yüksək qiymətə "Ziraat Bank Azərbaycan” (1,7700 manat), "BTB Bank” (1,7600 manat), "Amrahbank” (1,7600 manat), "NBC Bank” (1,7500 manat), "Bank of Baku” (1,7500 manat), "Azərbaycan Sənaye Bankı” (1,7500 manata) alır.

Digər banklarda dolların alış kursu 1,6304-1,7400 manat səviyyələrindədir.

Dolları ən aşağı qiymətə satan banklar isə "Bank Respublika” (1,8200 manat), "Amrahbank” (1,8200 manat), "AtaBank” (1,8200 manat), "NBC Bank” (1,8200 manat), "Rabitəbank” (1,8200 manat) "Paşa Bank” (1,8250 manat) və "BTB Bank”-dır (1,8250 manat).

Digər banklarda dolların satış məzənnəsi 1,8300-1,8600 manat səviyyələrindədir.

www.ann.az

Loading...